Webmail nədir?

Webmail nədir?

Webmail internet bağlantısı olan bir kompüter və ya başqa cihaz vasitəsilə e-mail hesablarınızı Outlook və alternativ proqramlardan istifadə etmədən idarə edə biləcəyiniz e-mail sistemidir. Normal şərtlərdə bir e-mail ünvanını idarə etmək üçün Thunderbird və ya Outlook kimi mail proqramlarını quraşdırmağınız lazımdır. Lakin, Webmail vasitəsilə Microsoft Edge, Chrome, Mozilla və ya başqa brauzer üzərindən mail hesabınıza daxil ola bilərsiniz.

 

Webmail niyə bu qədər məşhurdur?

Webmail bir çox böyük firmaların yazışma və məlumat mübadiləsi üçün istifadə etdiyi mail sistemidir. Bundan başqa webmail vasitəsilə e-mail məktublarını oxumaq, göndərmək, cavablamaq, yönləndirmək, qovluqlar şəklində qruplaşdırmaq və əlavələri qeyd etmək mümkündür. Webmail sistemi bütün e-maillərinizi serverdə saxlayır və sizə e-mail hesabınıza daxil olmağınız üçün web səhifəsi təqdim edir. E-mail ünvanınızı və şifrənizi daxil edərək webmail sisteminin web səhifəsindən hesabınıza asanlıqla daxil ola bilərsiniz.

 

Niyə Webmail istifadə etməliyik?
Webmailin ən böyük avantajlarından biri, internetə qoşula bilən kompüter və ya digər cihazlar vasitəsilə webmail platformasına daxil ola bilməyinizdir. Bütün e-mail məktublarınız siz onları silənə qədər serverdə saxlanılır. Webmail e-mail hesablarını davamlı olaraq yoxlamayan, kompüteri olmayan və ya davamlı səyahət edən şəxslər üçün yaxşı seçimdir. Bir çox webmail sistemini istifadə etmək üçün web səhifəsinə daxil olmağınız və hesabınıza daxil olmaq üçün e-mail ünvanı və parolunuzu daxil etməyiniz kifayətdir.

 

Webmailin məhdudiyyətləri

Webmail istifadə etmək üçün davamlı internet bağlantısı şərtdir. Bu səbəblə oflayn mesaj yükləmək və ya arxivləmək mümkün deyil. İnternet olmadan brauzeriniz e-mail interfeysini yükləyə bilmədiyi üçün oflayn şəkildə e-mail məktublarınızı oxuya bilməzsiniz.