faq.heading1_slogan1

faq.heading1_slogan2





Subdomen nədir?

Subdomen hostinq özəllikləri ilə əlaqəli mövzudur. Əgər hostinqiniz subdomen yaratmağı dəstəkləyirsə subdomen yarada bilərsiniz. Şirkətiniz və ya şəxsi web proyektlərinizdə özəl xidmətiniz, istifadə etdiyiniz hər hansısa bir servisi əsas saytdan ayırmaq və ya bloq/forum kimi saytlar qurmaq üçün subdomendən istifadə edə bilərsiniz. Məsələn: domen.com bir domen adıdır. Bu domen adına bir subdomen əlavə etmək istəsəniz, yaratdığınız subdomen bu formada olacaq: bloq.domen.com və.s.

Domen adı nədir?

Domen adı veb saytınızın unikal adıdır. Bu ad vasitəsilə istifadəçilər domen adınızı (məsələn: domain.az) daxil edərək veb saytınıza daxil ola bilərlər. Domen adını həmçinin saytın hərf, rəqəm və işarələrdən ibarət fiziki adı olaraq da adlandırmaq olar.

Domenin kimə aid olduğunu necə öyrənə bilərəm?

Domen adı qeydiyyatdan keçirilərkən sayt sahiblərinin adı, ünvanı, əlaqə məlumatları WHOIS məlumat bazalarına əlavə olunduğuna görə, WHOIS servisləri vasitəsilə domen adının sahibinə aid məlumatları əldə edə bilərsiniz.

Domenimi necə transfer edə bilərəm?

Domen adları qeydiyyatdan keçirildiyi ilk 60 gündən sonra bir şirkətdən digərinə transfer oluna bilər. Transferə başlamazdan əvvəl domen adının transfer kilidinin açılması və cari firmanız ilə yeni firma arasında körpü rolunu oynayan transfer kodunun alınması lazımdır. Transfer etmək istədiyiniz domeni yuxarıdakı domen adı sorğulama bölümünə yazdıqdan sonra transfer butonu ilə açılan səhifəyə transfer kodunu daxil edərək prosesi başlada bilərsiniz.

Hostinq olmadan domeni istifadə edə bilərəm?

Domen adı veb saytınızın unikal adıdır. Bu ad vasitəsilə istifadəçilər domen adınızı (məsələn: domain.az) daxil edərək veb saytınıza daxil ola bilərlər. Lakin, domen adı hostinq olmadan veb saytın yayımlanması üçün kifayət etmir. Saytınızın istifadəçilər tərəfindən görülməsi üçün əvvəlcə domen adı, sonra isə hostinq paketi almağınız zəruridir. Hostinq veb saytınıza və ya tətbiqetmənizə aid olan bütün faylların və məlumatların saxlanılmasını və onun internetdə yayımlanmasını təmin edən onlayn xidmətdir.

Domenlərin NS-lərinin qoşulması

Əgər mövcud domeniniz varsa və bizim saytımızdan hostinq xidməti almısınızsa, həmin domenin NS-lərini (nameserver) aşağıdakı qaydada dəyişməlisiniz: ns1.hostart.az ; n2.hostart.az

Domenlərin qeydiyyat müddəti nə qədərdir?

Domenləri 1 il müddətinə qeydiyyatdan keçirmək mümkündür. Bu müddət ərzində domen ismini dəyişmək, ləğv edərək ödənilmiş məbləği geri almaq mümkün deyil. Domenləri 1 ildən 10 ilə qədər müddətə qeydiyyata almaq mümkündür.

VPS nədir?

VPS fiziki server içərisində fərqli virtualizasiya vasitələri istifadə edilərək yaradılmış virtual serverlərdir. Hər bir VPS bir-birinə bağlı olmadan işləyir, özünə aid disk həcmi, IP adresi, RAM-ı, proqram təminatı və konfiqurasiya faylları mövcud ola bilər.

VPS-in hostinqdən üstün cəhətləri nədir?

Hər bir VPS bir-birindən ayrı fəaliyyət göstərsə də eyni fiziki serverə aiddir. Veb-saytınız tanındıqca onun istifadə edəcəyi resursların da həcmi artır. Belə olduqda, hostinq əvəzinə VPS istifadə etmək məqsədəuyğundur. Həmçinin hostinqdən fərqli olaraq VPS-in idarə olunmasında məhdudiyyətlər yoxdur.

Əlavə IP adresi əldə edə bilərəm?

Ödənişli imkanlarla əlavə IP ünvanları əldə edə bilərsiniz.

VPS-lərdə hansı əməliyyat sistemləri təklif olunur?

Windows (2012,2016), Linux (Centos 7, Centos 8, Ubuntu 16.04, Ubuntu 18.04, Ubuntu 19.04, Ubuntu 20.04)

VPS-ə quraşdıracağım proqram təminatı ilə bağlı məhdudiyyət var?

Phishing, spam və ya şəbəkəyə zərər yetirmə potensialı olan proqram təminatı istisna olmaqla istədiyiniz proqram təminatını quraşdıra bilərsiniz.

VPS-im mühafizə olunur?

Hostart tərəfindən təqdim olunan DDoS hücumlarından mühafizə xidməti ilə infrastrukturunuzun etibarlılığı və təhlükəsizliyi təmin olunacaqdır.

Niyə hostinq almalıyam?

Domen hostinq olmadan veb saytın yayımlanması üçün kifayət etmir. Saytınızın istifadəçilər tərəfindən görülməsi üçün əvvəlcə domen adı, sonra isə hostinq paketi almağınız zəruridir. Hostinq veb saytınıza və ya tətbiqetmənizə aid olan bütün faylların və məlumatların saxlanılmasını və onun internetdə yayımlanmasını təmin edən onlayn xidmətdir.

Hostinq nədir?

Hostinq veb-saytınıza və ya tətbiqetmənizə aid olan bütün faylların və məlumatların saxlanılmasını və onun internetdə yayımlanmasını təmin edən onlayn xidmətdir. Hostinq şirkətləri müştərilərinin veb saytlarını öz serverlərində saxlayır. Qurmaq istədiyiniz sayta və ya tətbiqetməyə uyğun olaraq fərqli hostinq xidmətlərindən istifadə edə bilərsiniz. Məsələn, şəxsi bir bloq üçün daha az resursa malik olan hostinq xidməti kifayət edə bilər. Lakin, elektron ticarət saytı və ya daha böyük bir şirkət üçün professional hostinq xidmətindən istifadə etməyiniz lazımdır.

Domenimi necə hostinqə bağlaya bilərəm?

Domeninizin DNS konfiqurasiyası bölməsindən Hostart DNS-lərini daxil edə bilərsiniz və ya texniki şöbəmizdən kömək ala bilərsiniz.

Hostinq paketimi sonradan dəyişdirə bilərəm?

Bəli. Saytınızın ehtiyacları dəyişdikcə daha yüksək performans təqdim edən hostinq paketlərinə keçid edə bilərsiniz.

Hostinqimi sıfırlaya bilərəm?

Bəli. Lakin bu zaman bütün fayllarınız, e-mailləriniz, məlumat bazaları və digər konfiqurasiyalar silinir. Buna görə də sıfırlama prosesindən əvvəl fayllarınızın nüsxəsini çıxarmağınız məsləhət görülür.

Hostinqdə neçə domen yerləşdirə bilərəm?

Hostinq paketlərinə müvafiq olaraq yerləşdirəcəyiniz domen sayı dəyişir. Paketlərdə müəyyən olunan sayda domen yerləşdirə bilərsiniz.

SSL sertifikatı necə əldə edə bilərəm?

Saytınızın ehtiyaclarına görə SSL sertifikatlarını nəzərdən keçirib büdcənizə uyğun olanı sertifikatı saytımızın SSL bölməsindən əldə edə bilərsiniz.

SSL-in SEO-ya təsiri var?

SSL web saytın məlumatlarını və prosesləri qoruduğuna görə Google kimi populyar axtarış sistemləri üçün təhlükəsizlik önəmli göstəricidir. SSL olmayan web saytlar üçün "not secure" (Güvənli deyil) xəbərdarlıqları verilir.

SSL sertifikatı niyə zəruridir?

SSL sertifikatına sahib olan web saytlarda server-klient prosesləri kiber cinayətkarlardan qorunur. Kredit kartı, parollar, ünvanlar və s. digər həssas məlumatların hər bir hissəsi şifrələnir.

Saytın SSL sertifikatının olub olmadığı necə bilinir?

Web sayta daxil olduqda brauzerin URL hissəsində kilid işarəsinin olması bu saytın SSL sertifikatının olduğu mənasına gəlir. Kilidin üstünə klikləyərək sertifikatın istifadə müddətini öyrənə bilərsiniz.

SSL sertifikat nədir?

SSL sertifikatı server-klient prosesləri, kredit kartı, ünvan və s. həssas məlumatları şifrələyir və məlumatların brauzer ilə server arasında təhlükəsiz ötürülməsinə icazə verir.

SSL sertifikatı hansı saytlarda istifadə olunur?

Elektron ticarət saytlarında istifadə oluna bilər. İstifadəçi ilə server arasındakı bağlantını şifrələmək və 3-cü şəxslər tərəfindən bu bağlantının oxunmasını istəmirsinizsə SSL istifadə edə bilərsiniz. Web saytınızı Google kimi axtarış sistemləri üçün uyğun vəziyyətə gətirmək və Google-un önəm verdiyi göstəricilərdən biri olan "https" protokolu ilə başlayan bir sayta sahib olmaq istəyirsinizsə SSL istifadə edə bilərsiniz.