Yüksək resurs və tam idarəetmə tələb edən böyük layihələriniz üçün etibarlı infrastruktur. TIER 3 Data Mərkəzində yerləşən bu xidmətlə, saytınız və ya tətbiqiniz üçün məhdudiyyətsiz inkişaf imkanı əldə edirsiniz.
Güclü Intel® Xeon® Gold prosessorları ilə tam izolyasiya edilmiş, yüksək sürətli server mühiti.
1 TBPS-ə qədər inkişaf etmiş DDoS qoruması və məlumatlarınızın tam təhlükəsizliyi.
Server idarəetməsində və texniki məsələlərdə sizə 24/7/365 dəstək olacaq peşəkar komanda.
Gücləndirməyə ehtiyacınız var? Ödəniş edərkən əlavə RAM, prosessor (CPU), yaddaş sahəsi və ya Xüsusi IP (Dedicated IP) əlavə edə bilərsiniz.
Hostart VPS planlarının üstünlükləri
Əməliyyat Sistemi
Asan İdarəetmə Paneli
Təkmilləşdirilmiş Funksionallıq
Tam Root Girişi
Çevik Proqram Təminatı
Həftəlik Ehtiyat Nüsxələr
Bizə Güvənən Şirkətlər
VPS xüsusiyyətləri
İstədiyiniz əməliyyat sistemi
Ubuntu, Debian, CentOS, AlmaLinux, Rocky Linux və ya
Windows Server. Bir neçə klikə yenidən quraşdırın.
İdarəetmə paneli
Serveri açmaq, söndürmək, yenidən başlatmaq, snapshot
almaq və OS dəyişmək — hamısı veb paneldən.
Snapshot və ehtiyat nüsxə
Serverlər backup olunur və lazım olduqda bütün
məlumatlar yenidən geri qaytarılır.
Tam root icazəsi
Server tamamilə sizindir. İstədiyiniz paketi quraşdırın,
konfiqurasiyanı istədiyiniz kimi dəyişin.
Zəmanətli resurs
Ayrılan CPU və RAM yalnız sizə məxsusdur. Qonşu
saytın yüklənməsi sizin serverinizə təsir etmir.
Şəbəkə və DDoS qoruması
Serverlərimiz DDoS hücumlarına qarşı qorunur.
Hər şeyi saniyələr içində yerləşdirin
CentOS
Windows
Ubuntu
Debian
CoreOS
Fedora
FAQ
VPS ilə paylaşılan hostinq arasında fərq nədir?
Paylaşılan hostinqdə bir serverin resurslarını çoxlu sayt bölüşür və server ayarlarını dəyişə bilmirsiniz. VPS-də isə resurslar yalnız sizə ayrılır və serverə tam root icazəniz olur — istədiyiniz proqramı quraşdıra bilərsiniz.
Server idarə etməyi bilmirəm, VPS mənə uyğundurmu?
Əgər serverlərin idarəolunması ilə tanış deyilsinizsə, iki variant var: idarəolunan (managed) VPS seçin — Bu zaman serveri biz qururuq və daima izləyirik; yaxud paylaşılan/WordPress hostinqdə qalın. Əgər əmin deyilsinizsə, layihənizi bizə danışın və biz sizə uyğun təklifi verək.
Hansı əməliyyat sistemlərini dəstəkləyirsiniz?
Ubuntu, Debian, CentOS Stream, AlmaLinux, Rocky Linux və Windows Server. Əməliyyat sistemini istənilən vaxt dəyişə bilərsiniz.
Sonradan resursları artıra bilərəm?
Bəli. RAM, CPU və disk sahəsini istənilən vaxt artırmaq mümkündür. Əksər hallarda yalnız qısa bir yenidən başlatma tələb olunur amma bu zaman heç bir məlumat itkisi olmur.
Root icazəsi verilir?
Bəli, bütün VPS paketlərində tam root (Linux) və ya Administrator (Windows) icazəsi verilir.
VPS nə vaxt hazır olur?
Ödəniş təsdiqləndikdən sonra server avtomatik yaradılır və adətən bir neçə dəqiqə ərzində istifadəyə hazır olur. Giriş məlumatları e-poçtunuza göndərilir.
Ehtiyat nüsxə daxildir?
Bəli, avtomatik ehtiyat nüsxə alınır. Bundan əlavə istədiyiniz an özünüz snapshot yarada bilərsiniz.
İstifadə etdiyimiz texnologiyalar
Saytınızın daim sabit və sürətli işləməsi üçün sənayenin ən güclü texnologiyaları ilə işləyirik
Faydalı linklər
Ən vacib səhifələrimizə və resurslarımıza sürətli giriş