Ümumi Müddəalar Bu İstifadə Şərtləri (“Müqavilə”) **Hostart** (hostart.az) tərəfindən təqdim olunan [veb-hostinq](https://hostart.az/), [domen qeydiyyatı](https://hostart.az/), [Virtual Server (VPS)](https://hostart.az/), [Fiziki Server (Dedicated)](https://hostart.az/), SSL sertifikatları və [Co-location](https://hostart.az/) xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs (“Müştəri”) arasındakı hüquqi münasibətləri tənzimləyir. Xidmətlərimizdən sifariş etməklə və ya istifadə etměklē bu şərtlēri tam şěkildě qƏbul etmiş olursunuz.
Xidmətlərin Göstərilməsi və Səviyyəsi (SLA) * **Uptime Zəmanəti:** Hostart şəbəkə və avadanlıq infrastrukturu üçün 99.9% kəsintisiz işləmə (uptime) zəmanəti təqdim edir. * **Texniki Dəstək:** Dəstək xidmətləri 24/7/365 rejimində tərəfimizdən həyata keçirilir. * **Ehtiyat Nüsxə (Backup):** Paylaşılan hostinq paketləri üçün avtomatlaşdırılmış mütəmadi backup mexanizmləri tətbiq olunur. Lakin müştərilərə öz məlumatlarının lokal nüsxələrini saxlamaları tövsiyə olunur. * **Miqrasiya:** Mövcud sayt, e-poçt və verilənlər bazalarının digər provayderlərdən Hostart-a köçürülməsi ödənişsiz həyata keçirilir.
Ödənişlər, Test Müddəti və Ləğvetmə * **Test Müddəti:** Yeni müştərilər üçün xidmətlərdən asılı olaraq 14-günlük ödənişsiz test imkanı təqdim oluna bilər. * **Tariflər və Promokodlar:** Xidmət qiymətləri rəsmi saytda göstərilmişdir. Yeni müştərilər ilk sifarişlərində `WELCOMEHOSTART` promokodundan istifadə edərək endirimlərdən yararlana bilərlər. * **Ödəniş və Aktivləşdirmə:** Xidmət haqları ödəniş təsdiq olunduqdan dərhal sonra avtomatik və ya qısa müddətdə aktivləşdirilir. Ödənilməmiş xidmətlər dayandırıla və ya silə bilər.
İstifadəçi Öhdəlikləri və Qadağan Olunmuş Fəaliyyətlər Müştəri Hostart serverlərindən istifadə edərkən Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq internet etikasına riayət etməyə borcludur. Aşağıdakı hallara qəti şəkildə icazə verilmir: * Zərərli proqram təminatı (malware, virus, trojan) və ya digər destruktiv kodların yerləşdirilməsi. * Spam xarakterli kütləvi e-poçt mesajlarının (unsolicited bulk email) göndərilməsi. * Müəllif hüquqlarını pozan qeyri-qanuni materialların (pirat kontent, lisenziyasız proqramlar) saxlanılması. * Server resurslarını həddindən artıq yükləyən, şəbəkə təhlükəsizliyini hədəf alan DDoS hücumları və ya qanunsuz skan fəaliyyətləri.
Məsuliyyətin Məhdudlaşdırılması Hostart üçüncü tərəf səbəbindən yaranan internet bağlantısı fasilələrinə, domenlərin qlobal qeydiyyat qurumlarındakı gecikmələrə və müştərinin öz səhvi nəticəsində itirdiyi məlumatlara görə məsuliyyət daşımır.